Əraqçı: ABŞ-nin Hörmüzdəki “Azadlıq Layihəsi” dalana dirənmiş təşəbbüsdür
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin ABŞ tərəfindən Hörmüz boğazında elan edilən “Azadlıq Layihəsi” əməliyyatını sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O, Hörmüz boğazı ətrafında baş verən son hadisələrin siyasi böhranların hərbi yolla həllinin mümkün olmadığını göstərdiyini bildirib.
Əraqçı “X” platformasında yazıb ki, Pakistan-ın vasitəçilik səyləri nəticəsində danışıqlar prosesi irəliləyir və Vaşinqtonu “pis niyyətli tərəflər” tərəfindən yenidən gərginliyə sürüklənməməyə çağırıb. O, bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri-ni də qeyd edib.
İran XİN rəhbəri ABŞ təşəbbüsünü “Azadlıq Layihəsi” deyil, “dalana dirənmiş layihə” kimi qiymətləndirib.
10:24 05.05.2026
Oxunuş sayı: 54