Moskva–İrəvan xəttində gərginlik: Medvedevdən kəskin ittiham
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna prezidenti Volodimir Zelenski barədə sərt ifadələr işlədib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Medvedev onları “beyinsiz rusofoblar” adlandıraraq iddia edib ki, İrəvanda baş tutan görüş zamanı rus dilini məhdud bildikləri üçün ingilis dilində danışmağa üstünlük veriblər.
Açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub.
10:10 05.05.2026
Oxunuş sayı: 53