İrəvanda SƏRT mesaj: Makron Rusiyanı açıq hədəf aldı
Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfəri zamanı çıxışında bildirib ki, Paris İrəvanı “mümkün qədər” dəstəkləyir, lakin Rusiya gözlənilən səviyyədə yardım göstərməyib. Onun sözlərinə görə, mövcud şəraitdə Moskvaya tam güvənmək mümkün deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Fransa lideri xatırladıb ki, 2020-ci il Qarabağ müharibəsi zamanı Rusiya gözlənilən rolu oynamayıb və hesab edir ki, Ermənistan “yeni asılılıq forması” seçmədikcə, bu vəziyyət dəyişməyəcək.
Makron qeyd edib ki, Ermənistanda hazırda təxminən 4000 rus hərbçisi və 1000-dən çox sərhədçi yerləşir. Bu kontekstdə o, ölkənin sərhədlərinin təhlükəsizliyi üçün Avropa İttifaqı iştirakının artırılmasının vacibliyini vurğulayıb.
O əlavə edib ki, Ermənistanın və tərəfdaşlarının hazırkı qərarları region ölkələrini də mövqelərini daha aydın ifadə etməyə vadar edə bilər:
“Bizim vəzifəmiz onlardan soruşmaqdır: siz Avropanın yanındasınız, yoxsa əleyhinəsiniz?”
10:04 05.05.2026
Oxunuş sayı: 76