Meloni: Avropa müdafiə qabiliyyətini gücləndirilməlidir
İtaliyanın Baş naziri Ciorcia Meloni, ABŞ-nin qitədəki hərbi mövcudluğunun mümkün azaldılması ilə bağlı siqnallarından sonra Avropanın müdafiə qabiliyyətlərinin gücləndirilməsinin zəruriliyindən danışıb.
Crossmedia.az "CNN"-ə istinadən xəbər verir ki , İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində çıxış edən Meloni Avropanın cavab imkanlarını artırmalı olduğunu vurğulayıb:
"Nə baş verəcəyini sizə deyə bilmərəm. Amerika Birləşmiş Ştatları bir müddətdir ki, Avropadan çıxmağı müzakirə edir. Ona görə də hesab edirəm ki, təhlükəsizliyimizi gücləndirməli və cavab imkanlarımızı artırmalıyıq".
21:36 04.05.2026
Oxunuş sayı: 46