Ermənistanda Avropa Siyasi Birliyi əleyhinə aksiya keçirilir
Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı ilə paralel olaraq, siyasi və ictimai dairələr, eləcə də sıravi vətəndaşlar tədbirin keçirildiyi İrəvan İdman və Konsert Kompleksinin qarşısında etiraz aksiyası təşkil etdilər.
Crossmedia.az Ermənistan KİV-ə istinadən xəbər verir.
Aksiya iştirakçılarının məqsədi ölkənin baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanda baş verən antidemokratik təzahürlər, o cümlədən qanunsuz siyasi təqiblər və siyasi məhbusların mövcudluğu barədə məlumatlılığı artırmaq, eləcə də Avropa siyasətçilərinə "Dağlıq Qarabağ"-ın(Red:artıq belə inzibati ərazi vahidi yoxdur.) ayrılmaz öz müqəddəratını təyinetmə hüququnu xatırlatmaq, Azərbaycanı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyi tələb etmək, onları Bakı həbsxanalarında qanunsuz saxlanılan erməni məhbuslarının geri qaytarılmasını dəstəkləməyə çağırmaq və "Dağlıq Qarabağ" xalqının vətənlərinə, "Dağlıq Qarabağ" təhlükəsiz qayıtmasına töhfə vermək idi.
21:03 04.05.2026
Oxunuş sayı: 48