Zelenski bu yayın Rusiya üçün həlledici olduğunu bildirib, qələbə paradı ilə bağlı xəbərdarlıq edib
İllərdən bəri ilk dəfə olaraq, Moskvada keçiriləcək 9 may paradında hərbi texnika olmayacaq ki, bu da Rusiya Federasiyasının artıq əvvəlki qədər güclü olmadığını sübut edir.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılışında bildirib.
Onun sözlərinə görə, bu yay Rusiya prezidenti Vladimir Putinin növbəti addımı necə atacağına qərar verməli olduğu an olacaq: “Bu müharibəni genişləndirmək, yoxsa diplomatik kanallara müraciət etmək.
Zelenski qeyd edib ki, Kreml liderini diplomatiyaya sövq etmək lazımdır: “Rusiya 9 mayda parad elan edib, lakin həmin paradda hərbi texnika olmayacaq. Əgər bu, həqiqətən də, belədirsə, uzun illərdən sonra ilk dəfə paradda silah nümayiş etdirə bilməyəcəklər”.
Bundan əlavə, Ukrayna prezidenti qeyd edib ki, parad zamanı Ukrayna dronları da uça bilər.
20:50 04.05.2026
Oxunuş sayı: 42