Makron: Ermənistan əvvəllər bir çoxları tərəfindən Rusiyanın de-fakto müttəfiqi kimi qəbul edilirdi
Fransa Prezidenti Emmanuel Makron Ermənistan paytaxtında keçirilən Avropa Siyasi Birliyi Sammitində çıxış edərək son illərdə ölkədə baş verən əhəmiyyətli siyasi dəyişiklikləri vurğulayıb.
Crossmedia.az "News.am"-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Ermənistanın transformasiyası beynəlxalq ictimaiyyət üçün aydın olub.
Makron bildirib: "Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında Rusiyanın faktiki peyki kimi görünürdü. Bu gün ölkənizə bu qədər çox ilk səfərin şahidi olmağımız çox şeydən xəbər verir".
Fransa lideri vurğulayıb ki, Ermənistan əvvəllər bir çoxları tərəfindən Rusiyanın de-fakto müttəfiqi kimi qəbul edilirdi, lakin Məxməri İnqilabdan sonra ölkənin kursu dəyişdi.
Makron sülhü və Avropaya inteqrasiyanı prioritetləri sırasına daxil etməklə ölkəni yenidən istiqamətləndirən Baş nazir Nikol Paşinyanın rolunu vurğulayıb.
Fransa lider, həmçinin Ermənistanda baş verən dəyişiklikləri Ukraynanın müqaviməti və regionun digər ölkələrində islahatlar da daxil olmaqla, Avropadakı daha geniş proseslərlə əlaqələndirib: "Ukraynadakı hadisələr, Ermənistanın strategiyası, Moldovada və digər ölkələrdəki proseslər göstərir ki, biz avropalılar son illərdə oyanış və birlik lehinə seçim etmişik", - deyə o,qeyd edib.
20:46 04.05.2026
Oxunuş sayı: 48