Erməni ekspert Paşinyanın yalan danışdığını bildirib
Erməni politoloqu Akop Badalyan Fransa prezidenti Emmanuel Makronun "səkkiz il əvvəl heç bir Avropa lideri Ermənistana gəlməzdi" ifadəsini kinayəli yalan adlandırıb.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir.
Makron Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəlki dövrə istinad edirdi.
Badalyan, həmçinin qeyd edib ki, 2018-ci ilə qədər Ermənistana bir çox ölkənin, o cümlədən Avropa ölkələrinin liderləri səfər edib, burada NATO təlimləri də daxil olmaqla beynəlxalq təlimlər keçirilib və ölkə beynəlxalq həyatın ayrılmaz hissəsi olub.
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış edən Makron bildirib ki, səkkiz il əvvəl bu otaqda olanların çoxu Ermənistanı faktiki olaraq Rusiyanın peyki hesab edirdi. O əlavə edib ki, Paşinyanın son bir neçə ildə Ermənistanla bağlı vəziyyətə baxışı çox təsirli olub: "Düzünü desək, səkkiz il əvvəl buraya heç kim gəlməzdi və ölkənizə bu qədər çox səfər etməyimiz, həqiqətən, yaxşı göstəricidir".
19:57 04.05.2026
Oxunuş sayı: 41