Hörmüz boğazında Koreya gəmisində partlayış baş verib
Hörmüz boğazında Cənubi Koreya gəmiçilik şirkətinə məxsus Panama bayrağı altında üzən yük gəmisində partlayış baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hadisə BƏƏ sahillərində lövbər salan HMM Namu gəmisində baş verib. Hakimiyyət orqanlarının məlumatına görə, gəmidə altı Cənubi Koreya vətəndaşı və 18 xarici vətəndaş da daxil olmaqla 24 nəfər olub.
Bütün heyət üzvlərinin sağ-salamat olduğu bildirilir.
19:30 04.05.2026
Oxunuş sayı: 57