Finlandiyadan Rusiyaya növbəti "əzələ nümayişi"
Finlandiya Hərbi Dəniz Qüvvələri may ayında Rusiya sərhədinə yaxın ərazidə yeni təlimlər keçirəcək və təlimlər başa çatdıqdan sonra da döyüş mövqeləri və istehkamlar yerində qalacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasından TASS-a məlumat verilib.
Bəyanatda deyilir: "Aprelin 29-da Finlandiya Müdafiə Nazirliyi həmçinin Finlandiya körfəzi sularında və Rusiya sərhədinə yaxın Kymenlaakso bölgəsindəki Virolahti və Hamina-Kotka yaşayış məntəqələri arasındakı sahil zonasında təlimlər keçirmək planlarını açıqladı. Təlimlərdə Hərbi Dəniz Qüvvələrinin sahil müdafiə briqadasının canlı qüvvəsi iştirak edəcək. Təlimin iki mərhələdə keçirilməsi planlaşdırılır: 4-8 may və 17-29 may (20-22 may tarixlərində canlı atəş təlimləri planlaşdırılır)", - deyə bəyanatda bildirilir.
19:24 04.05.2026
Oxunuş sayı: 53