Yaponiya Hörmüz boğazındakı vəziyyətin regiona ciddi təsir etdiyini bildirib
Avstraliyada səfərdə olan Yaponiyanın Baş naziri Takaiçi bildirib ki, Hörmüz boğazının faktiki bağlanması regionda ciddi nəticələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, Tokio və Kanberra yaranmış vəziyyətə tez reaksiya vermək üçün sıx əməkdaşlıq edəcək. Takaiçi qeyd edib ki, bu hadisə Hind-Sakit okean bölgəsində enerji təhlükəsizliyi baxımından yeni risklər yaradıb.
Məlumata əsasən, Yaponiya Baş naziri Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşdə enerji təhlükəsizliyi, müdafiə və strateji mineral ehtiyatlar üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Tərəflər görüşdə Çin, Cənub-Şərqi Asiya, Sakit okean ada ölkələri və nüvə məsələləri ilə bağlı strateji müzakirələr aparıblar.
17:24 04.05.2026
Oxunuş sayı: 55