Türkiyə və Ermənistan Ani körpüsünün birgə bərpasına razılaşdı
Türkiyə və Ermənistan Ani körpüsünün birgə bərpası ilə bağlı razılığa gəliblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana səfəri zamanı açıqlama verib.
Onun sözlərinə görə, tərəflər tarixi və mədəni əhəmiyyət daşıyan Ani körpüsünün bərpası istiqamətində əməkdaşlıq etməyi planlaşdırır. Layihənin regionda qarşılıqlı etimadın artırılmasına və əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Əlavə detallarla bağlı məlumat verilməyib.
17:19 04.05.2026
Oxunuş sayı: 42