ABŞ-nin Oklahoma ştatında atışma: 12 nəfər yaralanıb
ABŞ-nin Oklahoma ştatında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "CBS News" yayıb.
Hadisə Oklahoma Sitidən kənarda yerləşən Edmond şəhərində, Arkadiya gölü yaxınlığında gənclərin toplaşdığı ərazidə baş verib.
Məlumata əsasən, hadisə ilə bağlı hələlik heç bir şəxs saxlanılmayıb və araşdırma davam edir.
17:50 04.05.2026
Oxunuş sayı: 63