Putin Rusiya Aerokosmik Qüvvələrinin komandanını dəyişib
Rusiya Prezidenti Vladimir Putin hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini əhatə edən Rusiya Aerokosmik Qüvvələrinin komandanlığında dəyişiklik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı RBK mənbələrə istinadən yayıb.
2023-cü ildən bu vəzifəni icra edən general Viktor Afzalov vəzifəsindən azad olunub. Onun yerinə general-polkovnik Aleksandr Çayko təyin edilib.
54 yaşlı Çayko əvvəllər Suriyadakı Rusiya qüvvələrinə, 2021-ci ildən isə Şərq Hərbi Dairəsinə rəhbərlik edib. Avropa İttifaqının məlumatına görə, o, Buçada baş verən hadisələrlə əlaqələndirilir və 2026-cı ilin martında şəxsi sanksiyalara məruz qalıb.
Qərarın Rusiya hava hücumundan müdafiə sistemlərinin bir sıra dron hücumlarını dəf edə bilməməsindən sonra verildiyi bildirilir.
17:43 04.05.2026
Oxunuş sayı: 57