SEPAH Hörmüz boğazında qaydaların pozulmasına sərt xəbərdarlıq edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında müəyyən edilmiş qaydaların pozulmasına qarşı xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İran dövlət mediasının yayıb.
Bildirilib ki, dəniz nəqliyyatında qaydaları pozan gəmilər ciddi risklərlə üzləşəcək və lazım gələrsə, “zorla” dayandırılacaq.
Açıqlamada həmçinin qeyd olunub ki, gəmiçilik şirkətləri və daşıma sığortası ilə məşğul olan qurumlar SEPAH-ın xəbərdarlıqlarını diqqətdə saxlamalıdır.
17:20 04.05.2026
Oxunuş sayı: 46