İsrail ordusu Qəzzada iki HƏMAS yaraqlısının öldürüldüyünü açıqlayıb
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında iki HƏMAS yaraqlısının məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, Beyt Lahiya batalyonundan olan bir yaraqlı Sarı Xətt yaxınlığında İsrail əsgərlərinin mövqelərinə yaxınlaşdığı zaman zərərsizləşdirilib. Onun İsrailə raket atışlarında iştirak etdiyi bildirilib.
Bundan başqa, bazar ertəsi Qəzza zolağının cənubunda Sarı Xəttə yaxınlaşaraq təhlükə yaradan daha bir HƏMAS üzvünün də öldürüldüyü qeyd olunub.
İsrail ordusu atəşkəs rejiminə uyğun fəaliyyət göstərdiyini, eyni zamanda təhlükələrə qarşı əməliyyatları davam etdirdiyini vurğulayıb.
17:05 04.05.2026
Oxunuş sayı: 54