İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqləyib
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunmasına dair qanun layihəsinin müzakirəsini başa çatdırıb və sənəd artıq təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əhməd Rastin bildirib.
Onun sözlərinə görə, "Hörmüz boğazının idarə olunmasına dair Strateji Fəaliyyət Planı” adlanan layihə komitə mərhələsindən keçərək parlamentin plenar iclasına təqdim olunmağa hazırdır. O bildirib ki, yaxın vaxtlarda sənədin deputatlar tərəfindən səsverməyə çıxarılması gözlənilir.
Rastin açıqlamasında qeyd edib ki, layihə regionda strateji əhəmiyyətə malik Hörmüz boğazının idarə olunması mexanizmlərini müəyyənləşdirməyi hədəfləyir.
Qanun layihəsinin plenar iclasda qəbul edilib-edilməyəcəyi isə səsvermədən sonra bəlli olacaq.
16:43 04.05.2026
Oxunuş sayı: 51