Zelenski pilotsuz təyyarələrin Moskvadakı parada qatıla biləcəyini deyib
Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda çıxışı zamanı maraqlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O bildirib ki, Rusiya bu il mayın 9-da keçiriləcək hərbi paradda texnika nümayiş etdirməyi planlaşdırmır. Bununla belə, Zelenski Ukraynanın pilotsuz təyyarələrinin həmin parada “iştirak edə biləcəyini” istisna etməyib.
Ukrayna lideri əlavə edib ki, yay aylarında Rusiya Prezidenti Vladimir Putin müharibəni genişləndirib-genişləndirməmək və ya diplomatiya yolunu davam etdirmək barədə qərar verməli olacaq. Zelenski vurğulayıb ki, Ukrayna tərəfi onu diplomatiyaya yönəltməyə çalışır.
17:28 04.05.2026
Oxunuş sayı: 48