Albaniyanın baş nazirinin Melonini qarşılaması GÜNDƏM OLDU - FOTO
Albaniyanın baş naziri Edi Rama İtaliyanın baş naziri Giorgia Meloni ilə bağlı davranışı ilə yenidən gündəmə gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İrəvanda keçirilən tədbir zamanı Albaniyanın baş naziri İtaliya baş nazirini səmimi şəkildə, bir neçə dəfə qucaqlayaraq qarşılayıb. Onların arasında xüsusi dostluq münasibətinin olduğu vurğulanır.
Qeyd edək ki, 2025-ci ildə Tiranada keçirilən AQS sammitində də Edi Ramanın Giorgia Melonini qeyri-adi şəkildə, bir diz üstə salamlaması beynəlxalq mediada geniş müzakirə olunmuşdu.

16:10 04.05.2026
Oxunuş sayı: 45