Bəqayi: ABŞ-nin davranışından asılı olmayaraq maraqlarımızı müdafiə edəcəyik
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran diplomatik proseslərdə milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yayıb.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi ölkənin diplomatik siyasətinin icraçısı və qoruyucusu kimi müxtəlif kanallar vasitəsilə İranın maraqlarını müdafiə etmə öhdəliyini daşıyır.
Bəqayi vurğulayıb ki, qarşı tərəf danışıqlarda qeyri-ənənəvi və gözlənilməz davranış sərgiləsə belə, bu, İranın mövqeyini zəiflətmir, əksinə daha da gücləndirir.
O əlavə edib ki, ABŞ ilə diplomatik münasibətlərdə də eyni prinsip keçərlidir və İran öz mövqeyini tam güc və diqqətlə qorumağa davam edəcək.
14:25 04.05.2026
Oxunuş sayı: 44