Trampın UNO paylaşımını İran səfirliyi ələ saldı
ABŞ Prezidenti Donald Trampın əlində UNO kartları tutaraq “Bütün kartlar məndədir” ifadəsi ilə etdiyi paylaşım sosial mediada diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paylaşımda Trampın kartların çoxluğunu üstünlük kimi təqdim etməsi müzakirələrə səbəb olub.
Bundan sonra İranın Hindistanın Heydərabad şəhərindəki səfirliyi ironik cavab verərək “Bəli, bizim kartlarımız daha azdır” ifadəsini paylaşıb. Bu cavab sosial mediada geniş rezonans doğurub və diplomatik zarafat kimi şərh edilib.
13:57 04.05.2026
Oxunuş sayı: 47