ABŞ İran danışıqlar komandasına yeni ekspert təyin edib
Donald Trampın prezidentliyinin ilk dövründə Dövlət Departamentində çalışmış Nik Stüart İran məsələləri üzrə ABŞ-nin danışıqlar komandasına daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı CBS telekanalı yayıb.
Bildirilir ki, bu addım Vaşinqtonla Tehran arasında diplomatik səylərin çətinliklərlə üzləşdiyi bir dövrdə atılıb. Nik Stüart Trampın kürəkəni Cared Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun yer aldığı komandaya qoşulub.
Məlumata görə, bu dəyişiklik İslamabad danışıqlarının dayandırılmasından az əvvəl baş verib. Stüartın əsas ixtisas sahələrinin nüvə silahlarının yayılmasının qarşısının alınması və İran siyasəti olduğu qeyd olunur.
O, daha əvvəl Nyu-York ştatından respublikaçı konqresmen Klaudiya Teninin müşaviri kimi də fəaliyyət göstərib. Konqresmen onu ABŞ-də İran siyasəti üzrə “ən qabaqcıl ekspertlərdən biri” kimi qiymətləndirib.
11:10 04.05.2026
Oxunuş sayı: 59