Tramp İranın sülh təklifini rədd edib
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ tərəfi Tehranın münaqişənin dayandırılması ilə bağlı irəli sürdüyü təklifə cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, Vaşinqton öz mövqeyini Pakistan vasitəçiliyi ilə İrana çatdırıb və hazırda bu cavab Tehranda nəzərdən keçirilir. Bəqayi qeyd edib ki, təqdim olunan 14 maddəlik plan əsasən müharibənin dayandırılmasına yönəlib və nüvə məsələlərini əhatə etmir.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp İranın yeni təklifini qəbuledilməz hesab etdiyini açıqlayıb. Tramp bildirib ki, İran uzunmüddətli sülh müqaviləsi, Hörmüz boğazının açılması və uranın zənginləşdirilməsinin 15 il müddətinə dondurulmasını təklif etsə də, nüvə obyektlərinin məhv edilməsinə razılıq verməyib.
09:47 04.05.2026
Oxunuş sayı: 45