Rusiya hərbi hazırlıqları gücləndirir
Mart ayından etibarən Rusiya Baltikyanı ölkələr istiqamətində hərbi hazırlıqları genişləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Belə ki, yeni ordu korpuslarının formalaşdırılması və mövcud hərbi birliklərin gücləndirilməsi həyata keçirilir, bölgəyə zirehli texnika, artilleriya və raket sistemləri cəmlənir.
Eyni zamanda Pskov vilayəti, Novqorod vilayəti və Smolensk vilayəti ərazilərində yol və dəmir yolu infrastrukturunun genişləndirildiyi, sərhədə yaxın istiqamətlərdə yeni logistika xətlərinin qurulduğu qeyd olunur.
Bildirilib ki, sərhəd boyunca alternativ hərbi marşrutlar, körpülər və texnika üçün xüsusi keçidlər inşa edilir, həmçinin hərbi avadanlıqlar üçün anqar və qoruyucu infrastruktur yaradılır.
Belarus ərazisində də hərbi-logistik imkanların genişləndirildiyi, bəzi obyektlərin arxa baza kimi istifadə olunduğu qeyd olunur.
Bölgədə əlavə hava hücumundan müdafiə sistemlərinin və radioelektron mübarizə vasitələrinin yerləşdirildiyi, hərbi personal sayının artırıldığı bildirilir.
23:50 03.05.2026
Oxunuş sayı: 48