CENTCOM komandanı Yaxın Şərqə səfər edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)-ın rəhbəri general Bred Kuper Yaxın Şərqə səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ilə İran arasında mümkün hərbi gərginlik və danışıqların davam etdiyi bir vaxtda bu səfər baş tutub.
Belə ki, ABŞ prezidenti Donald Tramp İranın “uyğunsuz davranacağı” halda hərbi əməliyyatların yenidən başlaya biləcəyini bildirib.
Qeyd olunur ki, general Kuper 30 apreldə Trampa İrana qarşı mümkün hərbi planlar barədə məlumat verib. Daha sonra o, Ərəbistan dənizi bölgəsinə gedərək USS Tripoli gəmisində yerləşən dəniz piyadaları ilə görüş keçirib.
22:59 03.05.2026
Oxunuş sayı: 55