İran ABŞ-ni nüvə siyasəti ilə bağlı sərt tənqid edib
İran Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi ABŞ-ni nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Qeyd olunub ki, ABŞ uzun illərdir minlərlə nüvə başlığına sahib olmaqla Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) I və VI maddələri üzrə tərksilah və yayılmama öhdəliklərinə əməl etmir.
İran tərəfi Vaşinqtonu “ikiüzlü siyasət” aparmaqda günahlandıraraq, bu mövqeyin ört-basdır edilməsinin mümkün olmadığını bildirib.
Həmçinin vurğulanıb ki, İranda uranın zənginləşdirilməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzarəti altında həyata keçirildiyi halda, buna hüquqi baxımdan məhdudiyyət qoyulmadığı qeyd olunub.
22:25 03.05.2026
Oxunuş sayı: 41