Slovakiya Ukraynaya maliyyə dəstəyindən geri çəkilir
Slovakiya Ukraynaya ayrılan növbəti kreditlərdə iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fitso açıqlama verib.
O bildirib ki, Avropa İttifaqının Ukraynaya €90 milyard məbləğində maliyyə dəstəyi ayırması təşəbbüsünü dəstəkləməkdən imtina edib.
Fitsonun sözlərinə görə, Slovakiya bu istiqamətdə əlavə maliyyə öhdəlikləri götürməyi planlaşdırmır.
22:00 03.05.2026
Oxunuş sayı: 50