İrandan ABŞ-yə ultimatum – 30 günə hər şey dəyişə bilər
İranın ABŞ-yə təqdim etdiyi təklifin yeni detalları barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İran münaqişənin dayandırılması üçün irəli sürdüyü şərtlərdə əvvəlki mövqeyini qoruyub saxlayır. Məlumata əsasən, rəsmi Tehran ABŞ hərbi qüvvələrinin regiondan tam çıxarılmasını, İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırılmasını, dondurulmuş aktivlərin azad edilməsini və kompensasiyanın ödənilməsini tələb edir.
Bundan əlavə, İran Hörmüz boğazına nəzarət üçün yeni mexanizmin yaradılmasını da təklif edib. Təklifdə Livan da daxil olmaqla bütün istiqamətlərdə münaqişələrin dayandırılması xüsusi vurğulanır.
“Ynet” qeyd edir ki, İran ABŞ-nin iki aylıq planına alternativ olaraq mübahisələrin həlli və müharibənin dayandırılması üçün 30 günlük müddət irəli sürüb.
13:00 03.05.2026
Oxunuş sayı: 58