Pakistan İran və ABŞ arasında vasitəçiliyi davam etdirəcək
İran və ABŞ arasında aparılan danışıqlarda İslamabad vasitəçilik rolunu davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar məlumat yayıb.
Nazir bildirib ki, Pakistan regionda sülh və sabitliyin bərqərar olması üçün dialoq və diplomatiyanın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
Məlumata görə, danışıqlar Vaşinqton və Tehran arasında ciddi fikir ayrılıqları fonunda aparılır. Eyni zamanda ABŞ İran limanlarına qarşı dəniz blokadasını davam etdirir, İran isə Hörmüz boğazını gəmiçilik üçün bağlı saxlayır.
Bildirilir ki, bir gün əvvəl Tehran Pakistan vasitəsilə yeni danışıqlar təklifi təqdim edib. Lakin həmin təklifin detalları hələlik rəsmi olaraq açıqlanmayıb.
ABŞ prezidenti Donald Tramp isə İranın son təklifindən razı olmadığını bildirib. Tramp İranın seçim qarşısında qaldığını deyərək “razılaşma və ya məhv olmaq” ifadəsini işlədib.
20:34 02.05.2026
Oxunuş sayı: 43