Fitso: Ukraynanın razılığı olmadan Rusiya ilə heç bir razılaşma mümkün deyil
Slovakiyanın Baş naziri Robert Fitso bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, həm özünün, həm də Ukrayna prezidenti Volodimir Zelenskinin iki ölkə arasında dostluq münasibətlərində maraqlı olduqlarını bildirib.
Crossmedia.az “Ukrinform”-a istinadən xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb .
"Bir neçə dəqiqə əvvəl Ukrayna prezidenti V. Zelenski ilə telefon danışığım oldu. Bəzi məsələlərdə fərqli baxışlarımız olsa da, bizi Slovakiya ilə Ukrayna arasında yaxşı, dostluq münasibətlərinə ortaq maraq birləşdirir. Mən təsdiqlədim ki, Slovakiya Ukraynanın Avropa İttifaqına qoşulmaq ambisiyalarını dəstəkləyir. Çünki Slovakiya Ukraynanın sabit və demokratik ölkə olmasını istəyir", - Fitso yazıb.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər tezliklə- bazar ertəsi günü İrəvanda Avropa Siyasi Birliyinin sammitində görüşmək və birgə hökumət görüşləri formatında işlərini davam etdirmək, eləcə də iki ölkənin paytaxtlarına səfərlər mübadiləsi aparmaq barədə razılığa gəliblər.
"Mən, həmçinin vurğuladım ki, Rusiya Federasiyası ilə hərbi münaqişədə Ukrayna tərəfinin razılığı olmadan heç bir sülh razılaşması mümkün deyil", - deyə Baş nazir əlavə edib.
20:21 02.05.2026
Oxunuş sayı: 58