Ermənistan müxalifət lideri ölkəni təhlükənin gözlədiyinə eyham vurub
“Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan ölkədən yalnız birlik yolu ilə pisliyi aradan qaldırmağın mümkün olacağına əminliyini ifadə etdi.
Crossmedia.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.
“Bütün vətənpərvər qüvvələr birləşməlidir. Bu, hakimiyyət uğrunda mübarizə deyil, erməni kimliyini qorumaq uğrunda mübarizədir. Formal sülh adı altında onlar Azərbaycanın ölkəmizdə mövcudluğunu təmin etmək üçün hər şeyi edirlər və bizdə artıq belə “sülh” cəhdləri var: Qərbi Ermənistanımız var. Orda sakitlikdir, amma ermənilərsiz. Ermənilərsiz Artsaxımız var. Allah eləməsin, eyni vəziyyət ən yaxşı halda Sünikdə, ən pis halda isə bütün Ermənistanda təkrarlanacaq”, - deyə o qeyd edib.
19:33 02.05.2026
Oxunuş sayı: 45