Tramp İranın təklifini RƏDD ETDİ
ABŞ prezidenti Donald Tramp İranın irəli sürdüyü yeni təklifi qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə əsasən, Tehran Hörmüz boğazında gəmiçiliyin bərpası və nüvə danışıqlarının son mərhələyə saxlanılması ilə bağlı plan təqdim edib. Təklifdə həmçinin münaqişənin dayandırılması, ABŞ blokadasının aradan qaldırılması və digər qarşılıqlı addımların nəzərdə tutulduğu qeyd olunur.
Lakin ABŞ prezidenti bu şərtlərlə razılaşmadığını bildirib və təklifin Vaşinqton üçün qəbuledilməz olduğunu vurğulayıb.
Məlumata görə, təşəbbüs ABŞ və İsrailin İrana endirdiyi zərbələrin dayandırılmasından təxminən dörd həftə sonra irəli sürülüb. Buna baxmayaraq, tərəflər arasında gərginlik davam edir və vəziyyətin qlobal enerji bazarlarına təsiri qalmaqdadır.
17:33 02.05.2026
Oxunuş sayı: 47