Starmer: Fələstin tərəfdarı yürüşlər dayandırıla bilər
Böyük Britaniyanın baş naziri Keyr Starmer bir sıra antisemit hücumlardan sonra ölkədə Fələstin tərəfdarı yürüşlərin dayandırıla biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O qeyd edib ki, bəzi şüarlar, o cümlədən “intifadani qloballaşdırın” ifadəsi daha sərt tədbirlərin görülməsini zəruri edir.
Starmer əlavə edib ki, etirazların ümumi təsiri nəzərdən keçirilməli və nümayişçilər yəhudi icmasının yaşadıqları barədə daha çox düşünməlidirlər.
17:38 02.05.2026
Oxunuş sayı: 43