Trampın reytinqi rekord səviyyədə aşağı düşdü
ABŞ prezidenti Donald Trampın fəaliyyətindən razılıq səviyyəsi 34 faizə enib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Reuters–Ipsos" şirkəti sorğu keçirib.
Məlumata əsasən, bu göstərici onun prezidentlik dövrü ərzində qeydə alınan ən aşağı səviyyə hesab olunur.
Sorğunun nəticələri aprel ayının ortalarında aparılmış əvvəlki araşdırma ilə müqayisədə 2 faiz azalma olduğunu göstərir.
Araşdırma ABŞ ictimai rəyində prezidentin fəaliyyətinə münasibətin zəiflədiyini ortaya qoyub.
17:30 02.05.2026
Oxunuş sayı: 65