İran rəsmisi: Suriyada hücumdan İsrail və ABŞ məsuldur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Dəməşqin cənub-şərqində yerləşən Seyid Zeynəb məhəlləsində baş verən hücumla bağlı İsrail və ABŞ-ı ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, hücum nəticəsində müsəlman alim və Seyid Zeynəb ziyarətgahının cümə namazı imamı Seyid Fərhan Həsən əl-Mənsur həyatını itirib.
Bəqayi hadisəni sərt şəkildə pisləyərək bildirib ki, dini məkanlara və alimlərə qarşı hücumlar regionda gərginliyin artırılmasına yönəlmiş “şeytani planların” bir hissəsidir.
O, həmçinin bütün tərəfləri ayıq-sayıq olmağa və terrorizmə qarşı mübarizəni gücləndirməyə çağırıb.
Qeyd edib ki, Suriya keçid hökuməti ölkədə yaşayan bütün vətəndaşların və dini icmaların təhlükəsizliyini təmin etmək məsuliyyəti daşıyır.
17:23 02.05.2026
Oxunuş sayı: 43