Almaniyalı nazir: Avropada təhlükəsizlik balansı dəyişir
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ ilə NATO daxilində, xüsusilə İran məsələsi fonunda yaranan gərginliyə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, ABŞ qüvvələrinin Avropadan planlı şəkildə çıxarılması gözlənilən addım idi və bu prosesin region təhlükəsizlik siyasətinə təsir göstərə biləcəyi istisna edilmir.
Nazir vurğulayıb ki, Avropa ölkələri öz müdafiə məsuliyyətini daha çox üzərinə götürməli və bu istiqamətdə hazırlıqları gücləndirməlidir.
Pistorius həmçinin Almaniyanın əsas müttəfiqləri olan Böyük Britaniya, Fransa, Polşa və İtaliya ilə təhlükəsizlik sahəsində sıx koordinasiyanın davam etdiriləcəyini bildirib.
17:15 02.05.2026
Oxunuş sayı: 52