İran ABŞ-yə yeni təklif irəli sürüb
İran ABŞ ilə gərginliyin azaldılması və müharibənin dayandırılması istiqamətində yeni təklif irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Tehran əvvəlki sərt tələblərindən fərqli olaraq, bir neçə əsas məsələnin eyni vaxtda müzakirə olunmasına hazır olduğunu bildirib.
Təklifə Hörmüz boğazı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, İran limanlarına qoyulan blokadanın götürülməsi və hücumların dayandırılması kimi şərtlərin daxil olduğu qeyd olunur. İran həmçinin sanksiyaların yumşaldılması müqabilində nüvə proqramı ilə bağlı danışıqlara açıq olduğunu bildirib.
Bununla belə, tərəflər arasında ciddi fikir ayrılıqları qalır. ABŞ nüvə proqramına uzunmüddətli məhdudiyyətlər tələb edir, İran isə geniş güzəştlərə getməkdə ehtiyatlı davranır.
Məlumata görə, Tehran vasitəçilər vasitəsilə yaxın vaxtlarda, o cümlədən Pakistanda mümkün görüş formatında danışıqlara hazır olduğunu da bildirib.
16:18 02.05.2026
Oxunuş sayı: 50