ABŞ Yaxın Şərqə 8 milyardlıq silah satacaq
ABŞ Dövlət Departamenti Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 8,6 milyard dollardan çox dəyərində silah satışını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, sözügedən müqavilələr regiondakı ABŞ müttəfiqlərinə hərbi dəstəyin gücləndirilməsi məqsədi daşıyır.
Eyni zamanda, İsrailə təxminən 1 milyard dollar dəyərində dəqiq zərbə endirən raketlərin satışının da təsdiqləndiyi bildirilir.
Qeyd olunur ki, bu addımlar ABŞ-nin Yaxın Şərqdəki hərbi əməkdaşlıq siyasətinin tərkib hissəsidir.
16:00 02.05.2026
Oxunuş sayı: 51