Finlandiya qoşunları Rusiya sərhədində TƏLİMLƏRƏ BAŞLADI
Finlandiya quru qüvvələri Rusiya sərhədindən təxminən 70 kilometr məsafədə “Northern Strike 26” adlı hərbi təlimlərə start verib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, təlimlər çərçivəsində artilleriya, minaatan sistemləri və taktiki canlı atəş məşqləri icra olunur.
Rusiya tərəfinə yaxın hərbi ekspertlərdən biri bu təlimləri şərh edərək, onların Kareliya istiqamətində mümkün hərbi ssenarilərə hazırlıq və NATO-nun hücum potensialı ilə bağlı ola biləcəyini iddia edib.
Təlimlərin bölgədə hərbi gərginlik və təhlükəsizlik müzakirələrini artırdığı bildirilir.
15:45 02.05.2026
Oxunuş sayı: 53