İsrail Livanda Hizbullaha zərbələr endirib: 50-dən çox hədəf məhv edilib
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Hizbullah hədəflərinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, əməliyyat nəticəsində 50-dən çox hədəf, o cümlədən komanda məntəqələri və hərbi infrastruktur məhv edilib.
İsrail tərəfi bildirib ki, həmin obyektlər İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların planlaşdırılması üçün istifadə olunub.
Eyni zamanda, Hizbullahın İsrail mövqelərinə bir neçə raket atdığı, lakin onların açıq ərazilərə düşdüyü qeyd edilir.
İsrail ordusu təhlükələrə qarşı əməliyyatların davam etdiyini açıqlayıb.
15:37 02.05.2026
Oxunuş sayı: 52