Türkiyədə yeni müdafiə strategiyası gündəmdədir
Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən bəzi şəxslər ölkənin bütün 81 vilayətində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün kiçik və böyük emalatxanaların yaradılmasının zəruri olduğunu bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Akşam" qəzeti yayıb.
“Baykar” şirkətinin rəhbərliyinə istinadən məqsəd Türkiyənin bütün vilayətlərində PUA üzrə təlim və istehsal mərkəzlərinin qurulmasıdır. Bildirilir ki, ölkə artıq milyonlarla PUA istehsal etmə gücünə çatıb.
Digər tərəfdən, Türkiyə hökuməti ölkənin bütün bölgələrində sığınacaqların tikintisi məsələsini də gündəmə daxil edib.
Bundan əlavə, Türkiyənin Qətər, Səudiyyə Ərəbistanı, Misir və Pakistanla yeni müdafiə ittifaqları qurmağa yönəlməsi region təhlükəsizliyi və müdafiə strategiyaları ilə bağlı yeni yanaşmaların formalaşdığını göstərir.
15:14 02.05.2026
Oxunuş sayı: 56