İran: ABŞ ilə müharibəyə hazırıq
İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandan müavini briqada generalı Məhəmməd Cəfər Əsədi ölkəsinin hər cür hərbi təhdidə qarşı hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Əsədi ABŞ-nin regiondakı hərəkətliliyinə toxunaraq, Tehran və Vaşinqton arasında yeni toqquşma ehtimalının mövcud olduğunu qeyd edib.
O, ABŞ-nin bəyanat və addımlarını əsasən media yönümlü hesab etdiyini deyib və bunun neft bazarlarında dalğalanmanın qarşısını almaq və mövcud siyasi vəziyyəti idarə etmək məqsədi daşıdığını iddia edib.
Rəsmiyə görə, İran Silahlı Qüvvələri tam hazırlıq vəziyyətindədir.
14:58 02.05.2026
Oxunuş sayı: 579