Prezidentin oğlu: İtkilər var, amma qazanc da əldə olunub
İran prezidenti Məsud Pezeşkianın müşaviri və oğlu Yusif Pezeşkian münaqişə ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
O bildirib ki, müharibə dövründə İran iqtisadi və kadr baxımından itkilər yaşayıb, lakin beynəlxalq arenada mövqelərinin gücləndiyini hesab edir.
Onun sözlərinə görə, infrastrukturun zədələnməsi və mütəxəssislərin itkisi iqtisadiyyata və idarəçiliyə mənfi təsir göstərsə də, etimad və qlobal mövqe baxımından müəyyən qazanc əldə olunub.
Pezeşkian həmçinin fevralın 28-də ABŞ və İsrailin zərbələrindən sonra başlayan münaqişənin nəticələrinin qarışıq olduğunu və hələ yekunlaşmadığını qeyd edib.
O, əhaliyə müxtəlif ssenarilərə hazır olmağı, həm müsbət, həm də mənfi ehtimalları nəzərə almağı və diqqəti indiki vəziyyətə yönəltməyi tövsiyə edib.
14:20 02.05.2026
Oxunuş sayı: 682