Bu məhsullar bahalaşdı - SİYAHI
ABŞ-də maliyyə bazarları üzrə analitik Çarli Biello sosial şəbəkədə paylaşdığı məlumatda İranla müharibənin başlanmasından sonra bir sıra enerji və xammal məhsullarında ciddi qiymət artımı müşahidə olunduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun açıqlamasına görə, reaktiv yanacaq 70%, kükürd 60%, Brent xam nefti və mazut 52%, xam neft və karbamid 48%, dizel 45%, benzin isə 40% bahalaşıb.
Eyni zamanda Avropa təbii qazı 36%, gübrə 23%, palma yağı 12%, kömür 11%, buğda 10% və dəmir filizi 8% artım göstərib.
Analitik bu tendensiyanın qlobal enerji və ərzaq bazarlarına təsir göstərə biləcəyini qeyd edib.
13:38 02.05.2026
Oxunuş sayı: 69