İsrail ordusu təxliyə ÇAĞIRIŞI ETDİ
İsrail ordusu Livanın cənubunda yerləşən 9 şəhərin sakinlərini dərhal əraziləri tərk etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Le Monde” nəşrinin məlumatına görə, çağırış Hizbullahın atəşkəsi pozduğu iddiaları fonunda edilib və mümkün hava hücumları barədə xəbərdarlıq verilib.
Ordu açıqlamasında bildirilib ki, təhlükəsizlik məqsədilə sakinlər evlərini tərk etməli və yaşayış məntəqələrindən ən azı 1000 metr uzaqlaşaraq açıq ərazilərə keçməlidirlər.
12:33 02.05.2026
Oxunuş sayı: 47