SEPAH-dan sərt mesaj: Hörmüz və Fars körfəzi bizim dominantlığımız altındadır
Fars körfəzi və Hörmüz boğazında idarəçiliklə bağlı yeni qaydaların hazırlandığı açıqlanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın Hərbi Dəniz Qüvvələri Komandanlığı yayıb.
Bəyanatda bildirilib ki, bu qaydalar İranın ali rəhbərinin “tarixi əmrinə” uyğun şəkildə həyata keçiriləcək.
SEPAH-ın açıqlamasına görə, İranın Fars körfəzi və Hörmüz boğazında təxminən 2000 kilometrlik sahil xətti üzərində dominantlığı və nəzarəti mövcuddur və bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək.
Komandanlıq qeyd edib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu su ərazisini İran xalqı üçün dolanışıq və güc mənbəyinə çevirməyi, eyni zamanda bölgədə təhlükəsizlik və rifahı təmin etməyi hədəfləyir.
11:35 02.05.2026
Oxunuş sayı: 50