Ukraynanın dəniz limanları yenidən hədəfə çevrildi
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın Dunay çayı üzərində yerləşən İzmail limanı və Böyük Odessa bölgəsindəki dəniz limanlarına zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə dəniz limanları administrasiyası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində yanalma məntəqələri və anbar infrastrukturu zədələnib. Bir sıra obyektlərdə yanğınlar baş verib.
Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilir.
09:36 02.05.2026
Oxunuş sayı: 53