Balakəndə ağır qəza - Ölənlər var
Balakəndə iki avtomobil toqquşub.
Crossmedia.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. (qafqazinfo)
09:25 02.05.2026
Oxunuş sayı: 53