Süni intellekt 50-dən çox xərçəng növünü erkən mərhələdə aşkarlanmasına kömək edəcək
Süni intellekt 50-dən çox xərçəng növünü erkən mərhələdə aşkarlayan qan testinin yaradılmasına kömək edib.
Crossmedia.az BBC-ə istinadən xəbər verir.
Test "Galleri" adlanır. O, qanda şiş DNT-sinin fraqmentlərini aşkarlayır.
25.000 insanı əhatə edən bir araşdırmada, demək olar ki, hər yüz nəfərdən biri müsbət nəticə göstərib və diaqnoz halların 62%-də təsdiqlənib.
Texnologiya yüksək dəqiqlik nümayiş etdirib, mənfi nəticələrin 99%-dən çoxu düzgün olub və on haldan doqquzunda xərçəngin mənbəyi müəyyən edilib. Lakin aşkarlanan şişlərin dörddə üçü standart skrininq proqramları ilə əhatə olunmur.
Alimlər hesab edirlər ki, bu yanaşma diaqnostikada inqilab yarada və xərçəngi erkən mərhələdə aşkarlaya bilər, lakin əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.
22:30 01.05.2026
Oxunuş sayı: 61