İran Britaniyada baş verən zorakı hadisələrdə iştirakını təkzib edib
İranın Londondakı səfirliyi Tehranın Britaniyada baş verən zorakı hadisələrdə və ya hücumlarda hər hansı iştirakı ilə bağlı ittihamları rədd edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Diplomatik nümayəndəlik bildirib ki, bu iddiaların heç bir sübuta əsaslanmadığı və ictimai düşüncəni çaşdırmaq məqsədi daşıdığı qənaətindədir.
Səfirliyin açıqlamasında qeyd olunub ki, İran on illərdir terrorçuluğun əsas qurbanlarından biri kimi çıxış edir və yüz minlərlə günahsız vətəndaş, eləcə də dövlət rəsmiləri və akademiklərin itkisi ilə üzləşib.
Bəyanat Britaniyada, xüsusilə Londonda yəhudi icmalarına qarşı həyata keçirilən bir sıra hücumlar və yanğın hadisələrindən sonra yayılıb. Britaniya mediasında yayılan məlumatlara görə, bu hadisələrdən bəzilərinə görə məsuliyyəti İranla əlaqəli “Hərəkat Əshab əl-Yəmin əl-İslamiyyə" qrupun üzərinə götürüb.
21:15 01.05.2026
Oxunuş sayı: 41